İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filatı qəbul etmişdir

18 yanvar 2012, 13:00
İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filatı qəbul etmişdir

Prezident İlham Əliyev Moldova Respublikasının Baş naziri Vladimir Filatı qəbul etmişdir.

Dövlət başçısı Moldova Respublikasının Baş naziri Vladimir Filatla Varşavada keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin inkişaf tarixinin müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev yeni mərhələdə münasibətlərimizin inkişafına təkan verməyin vacibliyini bildirdi. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu dedi. Prezident İlham Əliyev Baş nazir Vladimir Filatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan ilə Moldova arasında münasibətlərin həmişə dostluq prinsiplərinə əsaslandığını deyən Baş nazir Vladimir Filat ölkələrimizin əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğuladı. Baş nazir ümidvar olduğunu bildirdi ki, ölkəmizə səfəri Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinə yaxşı imkan yaradacaqdır.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 13 iyun 2025
13:32
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 197-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan...

13 iyun 2025, 13:32
SƏNƏDLƏR Qanunlar 13 iyun 2025
13:30
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu...

13 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55