28 sentyabr 2020, 00:25

Almaz Həsrətdən, Bakı, Azərbaycan

Çox hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bu gün bizim güclü ordumuz, güclü dövlətimiz var. Bu gün Sizin rəhbərliyinizlə işıqlı gələcəyə inamla addımlayan müasir Azərbaycanımız var. Sizin beynəlxalq trubunalardan qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar biz təhsil işçilərində qürur hissi oyadır. Mən Sizinlə fəxr edirəm. Atdığınız hər bir addımı dəstəkləyirəm. Son vaxtlar cəbhədə, sərhəd bölgəsində baş verən hadisələrdə ordumuzun düşmənə layiqli cavab verməsi onu göstərir ki, əmrinizlə tezliklə tarixi torpaqlarımızı işğalçılardan azad edəcəyik. Sizin haqq yolundakı qətiyyətiniz, mətinliyiniz xalqımızda, cəbhədə döyüşən igid əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb.

Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığınız mübarizədə biz təhsil işçiləri Sizi həmişə dəstəkləmişik və dəstəkləməkdə davam edəcəyik. Çünki Sizin mətinliyinizlə biz qələbəyə, zəfərə doğru getməyə nail oluruq. Bu gün düşməndən geri alınan doğma torpaqlarımızın qələbə xəbərini bizə yaşatdığınız üçün Sizə bir daha təşəkkür edirəm.

Cənab Ali Baş Komandan, mən əminəm ki, Sizin güclü qətiyyətiniz və mətinliyinizlə Azərbaycan torpağı işğalçılardan tam azad olunacaq. Biz Sizin yanınızdayıq. Əminəm ki, yaxın zamanda Sizin efirdən "Gözün aydın olsun, Azərbaycan. Haqqı olduğumuz torpaqlarımız geri alındı" zəfər xəbərinizi eşidəcəyik.

Hörmətlə,

Almaz Həsrət

Respublikanın əməkdar müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri.