İlham Əliyev Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşdur

12 yanvar 2012, 19:20
İlham Əliyev Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşlar.

Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirildi. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol boyu piyada keçidləri də inşa olunacaqdır.

Dövlət başçısına yeni salınan bulvarda aparılan işlər barədə də məlumat verildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış oldular. Görülən işlər barədə Prezidentə məlumat verildi.

Dövlət başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxdılar. İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42