18:40

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya
Möhtərəm Mehriban Arif qızı,
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz yüksək ictimai vəzifələr, indi isə həm də dövlət vəzifəsi tutmaqla haqlı olaraq həmvətənlərinizin dərin hörmətini və beynəlxalq aləmdə nüfuz qazanmısınız. Sizin doğma Azərbaycanın firavanlaşmasına, ölkə əhalisinin rifahının yüksəldilməsinə, onun mədəniyyətinin və ənənələrinin qorunub saxlanmasına, dünya arenasında mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş çoxşaxəli fəaliyyətiniz səmimi hörmətə layiqdir.
Bütün bunlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eyni komandada Sizin layiqincə davam etdirməyinizin nəticəsidir.
Bu cür çoxşaxəli fəaliyyət üçün zəruri olan qətiyyət, möhkəm iradə və insanları öz arxasınca aparmaq bacarığı kimi keyfiyyətlərə malik olmaqla Siz qadın zərifliyinin heyranedici nümunəsi olaraq qalırsınız, xeyirxahlığınız, qayğıkeşliyiniz və məlahətinizlə həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində qadınları ruhlandırırsınız.
Rusiya Federasiyasının tərkib hissəsi olan Dağıstan üçün bizim xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri xüsusi dəyər kəsb edir.
Əminəm ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, uğurlu əməkdaşlığın sarsılmaz təməli kimi qalacaqdır.
Çox hörmətli Mehriban Arif qızı, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və Azərbaycan Respublikasının inkişafı naminə nəzərdə tutduğunuz bütün planların uğurla həyata keçməsini arzu edirəm.
Hörmətlə,
Xızrı Şıxsəidov
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00