Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) rektoru akademik Anatoli Torkunova

25 avqust 2020, 13:05

Hörmətli Anatoli Vasilyeviç.

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.

Siz uzun müddətdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna uğurla rəhbərlik edirsiniz. Sizin səyləriniz sayəsində MDBMİ haqlı olaraq dünya miqyasında ən nüfuzlu və prestijli ali məktəblərdən biri sayılır.

Siz böyük alim, pedaqoq və istedadlı təşkilatçı kimi, öz ölkələrini beynəlxalq arenada ləyaqətlə təmsil edən yüksək ixtisaslı dövlət və ictimai xadimlər, diplomatlar, jurnalistlər, hüquqşünaslar hazırlanmasına çox dəyərli töhfə verirsiniz.

Hörmətli Anatoli Vasilyeviç, Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, yeni nailiyyətlər diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55