Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

10 avqust 2020, 15:15

Hörmətli Aleksandr Qriqoryeviç,

Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Seçkilərin nəticələri Belarus vətəndaşlarının Sizə yüksək etimadını, ölkənizin inkişafı naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyini bir daha təsdiq etdi.

İnanıram ki, bu inamlı qələbəniz qardaş Belarusun çiçəklənməsinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcək, xalqlarımız arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Belarus strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfə verəcəkdir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Belarus xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55