Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

02 aprel 2020, 18:05

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində Aprel döyüşləri ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.