Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən Atakule qülləsində Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.
Paylaşımda deyilir: “Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm. Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm də çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır. Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram. Qoy, Uca Tanrı dünyamızı qorusun!”.