20:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm...
23 dekabr 2024, 20:00Bu gün ölkəmizin dörd şəhərində modul tipli xəstəxanalar açılır. Bu, çox əlamətdar hadisədir. Onlardan biri Şəki şəhərində, digərləri Qobustan, İsmayıllı, Qəbələ şəhərlərində. Beləliklə, bir gündə biz əlavə 800 çarpayı əldə edirik, koronavirusla bağlı mübarizədə əlavə imkanlar yaradılır.
Mən təqribən üç ay bundan əvvəl modul tipli xəstəxanaların alınması ilə bağlı göstəriş vermişdim. Bildirmişdim ki, qısa müddət ərzində 10 xəstəxana ölkəmizə gətirilməlidir. Artıq 9-u hazır vəziyyətdədir. Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə 2 min çarpayılıq xəstəxanalarımız olacaq.
Bunun xüsusi əhəmiyyəti var. Çünki hazırda koronavirus xəstəliyi Azərbaycanda və bütün dünyada daha geniş vüsət alır. Hər gün Azərbaycanda yüzlərlə insan xəstələnir. Belə olan halda, çarpayıların çatışmazlığı çox böyük problem yarada bilərdi. Necə ki, inkişaf etmiş bəzi ölkələrdə biz bu problemləri görürük. Bu ölkələrdə, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemi buna davam gətirə bilmir. Bunu nəzərə alaraq biz operativ qaydada bu məsələləri həll etməyə çalışırıq və buna nail oluruq. Onu da bildirməliyəm ki, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Yaxın gələcəkdə onlar da gətiriləcək.
Bununla paralel olaraq, artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq iki min çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər öz həllini tapmasaydı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik.
Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.
Pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi. Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.
İndi baxın, əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana, - hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir, - tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunluğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.
Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi.
Ona görə bizim əsas vəzifəmiz qısa müddət ərzində bütün səfərbərlik işlərini düzgün təşkil edərək, pandemiyadan minimum itkilərlə çıxmaq üçün infrastruktur və maddi-texniki bazanın yaradılmasından ibarət idi. Laboratoriyalar, xəstəxanalar, çox böyük təşkilati məsələlər öz həllini tapdı. Logistik məsələlər də həmçinin. Eyni zamanda, həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atıldı. COVID xəstələrinə xidmət göstərən həkimlərin maaşları 3-5 dəfə artırılıb. Ən vacib və ciddi problemlərdən biri də həkimlərin çatışmazlığıdır. Çünki bizim həkimlərimizin sayı adi rejimə hesablanıb. Ona görə xəstələrin kəskin artması, əlbəttə ki, bu problemi də üzə çıxarıb. Bundan çıxış yolunu biz xaricdən həkimləri Azərbaycana dəvət etməkdə gördük.
Əlbəttə ki, bütün bu məsələləri həm təşkil etmək, həm də maliyyələşdirmək üçün gərək ölkədə imkanlar olsun. Ona görə, hazırda bir neçə xarici ölkədən həkimlər Azərbaycandadırlar. Onlar xəstələrə xidmət göstərirlər. Hesab edirəm ki, əgər ehtiyac yaranarsa, biz gələcəkdə də bu praktikanı tətbiq edəcəyik.
Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanmışdır. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak etdiyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, yenə də biz lazımi avadanlığı gətirə bilmirdik. xüsusilə pandemiyanın ilk mərhələsində ki, dünyada çox böyük ajiotaj var idi.
Bütün bu işlərin nəticəsində biz ilk günlərdən xəstəliyi nəzarət altında saxlayırıq. İlk günlərdən həm Azərbaycan vətəndaşları, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim işlərimizə çox yüksək qiymət verildi. Mən bu günə qədər yerlərdən təşəkkür məktubları alıram ki, Azərbaycan dövləti bütün bu işləri operativ qaydada təşkil edib və insanların sağlamlığını təmin edib. Beynəlxalq təşkilatların mövqeyi də müsbətdir. Ümumdünya Səhiyyə Təşkilatı bizim fəaliyyətimizi nümunəvi fəaliyyət kimi dəyərləndirmişdir. Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür.
Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.
Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik.
Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil - 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.
Əlbəttə ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir. Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik - dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq. Sizə uğurlar arzulayıram. Xəstələrə yaxşı baxın. Özünüzü, yaxınlarınızı yaxşı qoruyun. Çalışın, xəstələnməyin. Sizə cansağlığı, uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm...
23 dekabr 2024, 20:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz dostum.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. İsrail Dövləti bu əlamətdar günü Sizinlə...
23 dekabr 2024, 19:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım.
Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır....
23 dekabr 2024, 19:12Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz münasibətilə Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş...
23 dekabr 2024, 18:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikası Sizin...
23 dekabr 2024, 18:32Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası genişmiqyaslı...
23 dekabr 2024, 18:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə...
23 dekabr 2024, 18:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük...
23 dekabr 2024, 18:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması...
23 dekabr 2024, 17:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ürəkdən gələn arzularımı qəbul edin.
Yorulmaz səyləriniz və uzaqgörən...
23 dekabr 2024, 17:44Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının dünya proseslərinin...
23 dekabr 2024, 17:29Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə...
23 dekabr 2024, 17:16