Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı

27 dekabr 2011, 22:30

Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilir.

Birinci Fəsil
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi

1.1. Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir.
İcra orqanları: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti.
İcra müddəti: mütəmadi.

1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi

Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Göstərilən öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili, görüləcək tədbirlərin və onların icrasına məsuliyyətli dövlət qurumlarının müəyyən edilməsi zəruridir. Bununla əlaqədar olaraq, qeyd olunan prosesə aşağıda göstərilən qurumların cəlb edilməsi nəzərdə tutulur. Bu işə həmçinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları cəlb edilir.
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Ədliyyə, Xarici İşlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: mütəmadi.

1.2.1. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Milli Məclisi.
İcra müddəti: mart-aprel 2012-ci il.

1.2.2. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanması
İcra orqanları: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi.
İcra müddəti: 2012-ci il.

1.2.3. Ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin hazırlanması
İcra orqanı: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
İcra müddəti: 2012-ci il.

1.2.4. Informasiya texnologiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasına qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Kompyuter informasiyası əleyhinə olan cinayətlər” fəslinin yenidən işlənməsi və onun "Kibercinayətkarlıq haqqında" 2001-ci il 23 noyabr tarixli Konvensiyanın tələblərinə uyğunlaşdırılması barədə təkliflərin hazırlanması
İcra orqanı: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası.
İcra müddəti: 2012-ci il.

1.2.5. Uşaqların cinsi istismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyin beynəlxalq hüquq standartlarına uyğunlaşdırılması barədə təkliflərin hazırlanması
İcra orqanı: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası.
İcra müddəti: 2012-ci il.

1.2.6. Hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onların cinayət məsuliyyətinin müəyyən edilməsinə dair təkliflərin hazırlanması
İcra orqanı: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası.
İcra müddəti: 2012-ci il.

1.2.7. Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
İcra orqanı: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası.
İcra müddəti: 2012-ci il.

1.2.8. Miqrantların hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi layihəsinin hazırlanması üzrə işin yekunlaşdırılması
İcra orqanı: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası.
İcra müddəti: 2012-ci il.

1.2.9. Beynəlxalq Əmək Təşkilatının 2000-ci il “Analığın mühafizəsi haqqında” və 1981-ci il “Kişi və qadın işçiləri üçün bərabər imkanlar: ailə vəzifələri olan işçilər haqqında” Konvensiyalarından irəli gələn öhdəlikləri nəzərə alaraq işləyən qadınların və ailə vəzifələri olan işçilərin əmək hüquqları ilə əlaqədar əmək qanunvericiliyinin təkmilləşdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Milli Məclisi.
İcra müddəti: 2012-ci il.

1.2.10. Valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi

İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Məclisi.
İcra müddəti: 2012-2013-cü illər.

1.3. Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilələrə qoşulması ilə bağlı tədbirlərin davam etdirilməsi
Azərbaycan Respublikası bu günədək Birləşmiş Millətlər Təşkilatının və müxtəlif regional təşkilatlarının yüzlərlə konvensiyalarına və digər beynəlxalq müqavilələrinə qoşulmuşdur. Eyni zamanda, insan hüquqları üzrə beynəlxalq hüququn daimi inkişafda olduğunu və yeni beynəlxalq müqavilələrin qəbul edildiyini nəzərə alaraq Azərbaycan Respublikasının həmin sənədlərə qoşulmasının məqsədəuyğunluğu təhlil edilməli və bu istiqamətdə tədbirlər görülməlidir.
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: mütəmadi.

1.4. Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdıran və onların hüquqlarının müdafiəsini tənzimləyən müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi

Azərbaycan Respublikası hər bir vətəndaşının olduğu yerdən asılı olmayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirir. Bu məqsədlə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının təmin olunmasına dair müvafiq dövlətlərlə və onların səlahiyyətli orqanları ilə müqavilələr bağlanılmalıdır.
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər, Ədliyyə nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti.
İcra müddəti: mütəmadi.

İkinci Fəsil
Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi

Bu fəsildə əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən zəif hesab olunan qrupların – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Göstərilən istiqamətlərdə artıq bir çox mühüm tədbirlər həyata keçirilmiş, bu qrupların insan hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təşkilatlarla birgə layihələr icra edilmişdir. Bununla yanaşı, göstərilən istiqamətlərdə fəaliyyətin mütəmadi qaydada davam etdirilməsi əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.

2.1. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi
İcra orqanları: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər, Ədliyyə, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Kənd Təsərrüfatı, Nəqliyyat nazirlikləri, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

2.2. Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi

İcra orqanları: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

2.3. Sahibkarların və istehlakçılarınhüquqlarının möhkəmləndirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Ədliyyə, Vergilər nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi.
İcra müddəti: mütəmadi.

2.4. İşsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili

İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.
İcra müddəti: mütəmadi.

2.5. İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə nazirlikləri.
İcra müddəti: mütəmadi.

2.6. Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri.
İcra müddəti: mütəmadi.

2.7. Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

2.8. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, onlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanması
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
İcra müddəti: mütəmadi.

2.9. Ahılların hüquqlarının təmin edilməsi sahəsində tədqiqatların aparılması və monitorinq sisteminin təkmilləşdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.
İcra müddəti: mütəmadi.

2.10. Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə şəraitin və rejimin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti.
İcra müddəti: 2012-2015-ci illər.

2.11. Azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq standartlara uyğun saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin inşa edilməsi işinin davam etdirilməsi

İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.
İcra müddəti: 2012-2015-ci illər.

2.12. Azadlıqdan məhrum edilmiş şəxslərin islah edilməsinə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və ictimai nəzarət mexanizmlərinin tətbiq olunması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

2.13. Qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili

İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
İcra müddəti: mütəmadi.

2.14. Məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramlarının hazırlanması
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
İcra müddəti: 2012-2013-cü illər.

2.15. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması
İcra orqanları: Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

2.16. Uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması, habelə Uşaq Televiziyasının yaradılması imkanlarının araşdırılması
İcra orqanları: Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.
İcra müddəti: 2012-2013-cü illər.

2.17. Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

2.18. Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

2.19. Bölgələrdə zorakılıq və insan alveri qurbanları, kimsəsizlər, narkomaniyadan və alkoqolizmdən müalicəyə ehtiyacı olanlar üçün krizis mərkəzlərinin yaradılması
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti.
İcra müddəti: 2012-2015-ci illər.

2.20. Ali təhsil müəssisələri nəzdində fəaliyyət göstərən “hüquq klinikaları”nın fəaliyyətinin dəstəklənməsi
İcra orqanları: Azərbaycan Respublikasının Təhsil, Ədliyyə nazirlikləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: 2012-2015-ci illər.

2.21. Əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri.
İcra müddəti: mütəmadi.

2.22. Kütləvi informasiya vasitələri üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsi

İcra orqanları: Azərbaycan Mətbuat Şurası, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

Üçüncü Fəsil
Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi

3.1. Şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerində və istintaq təcridxanalarında saxlanması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi
Bu sahədə aparılan davamlı tədbirlər həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində müsbət nəticələrə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamı ilə “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) müəyyən edilmişdir. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” 2011-ci il 24 iyun tarixli Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Ombudsman təsisatının müvafiq səlahiyyətləri və imtiyazları müəyyən edilmişdir.
İcra orqanları: Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik nazirlikləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

3.2. Korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin inkişafı, habelə bu sahədə institusional islahatların davam etdirilməsi
Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirərək bu sahədə ciddi islahatlar aparmış, ixtisaslaşmış beynəlxalq hökumətlərarası və qeyri-hökumət qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri qurmuş, həyata keçirilən müxtəlif birgə proqramlar çərçivəsində mühüm nailiyyətlər əldə etmişdir.
İcra orqanları: Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirlikləri, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti.
İcra müddəti: mütəmadi.

3.3. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə növbəti illər üçün fəaliyyət planının hazırlanması
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflıgın artırılması vəkorrupsiyaya qarşı mübarizəüzrəmillistrategiyanın həyata keçirilməsi iləbağlı fəaliyyət planının (2007-2011-ci illər)” yerinə yetirilməsi nəticəsində bu sahədə mühüm irəliləyişlər əldə edilmişdir. Korrupsiyaya qarşı mübarizənin əhəmiyyətini nəzərə alaraq, növbəti illər üçün fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.
İcra orqanı: Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası.
İcra müddəti: 2012-ci il.

3.4. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanında göstərilmişdir ki, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Bu məqsədlə mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində elektron xidmət bölməsi yaradılmalı, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlərin siyahısı yerləşdirilməli və vətəndaşların həmin sənədlərlə birlikdə müraciətlərinin elektron qaydada qəbul edilməsi təmin edilməlidir. Həmin Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” təsdiq edilmişdir. Dövlət orqanları tərəfindən elektron xidmətlərin həyata keçirilməsi ilə bağlı məsələlər Qaydalarla tənzimlənir, “Elektron xidmət növlərinin Siyahısı”nda isə hər bir dövlət qurumunun həyata keçirdiyi elektron xidmət növünün dəqiq siyahısı müəyyən edilir. Elektron hökumət portalı artıq yaradılmış və hazırda bir neçə dövlət orqanının portala qoşulması təmin edilmişdir. Elektron xidmət göstərən bütün dövlət orqanlarının portala qoşulması məqsədi ilə tədbirlər davam etdirlir.

3.4.1. Elektron hökumət portalının tam istifadəyə verilməsi
İcra orqanı: Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi.
İcra müddəti: 2012-ci il.

3.4.2. Elektron xidmətlərin həyata keçirilməsinin təmin edilməsi
İcra orqanı: Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları.
İcra müddəti: 2012-2013-cü illər.

3.4.3. Dövlət orqanlarının elektron imza ilə təmin edilməsi

İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Maliyyə, Rabitə və İnformasiya texnologiyaları nazirlikləri.
İcra müddəti: 2012-ci il.

3.4.4. Şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə regional elektron müraciət terminallarının yaradılması, şəxslərin bu terminallardan istifadəsinin təşviq edilməsi
İcra orqanı: Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının şəhər və rayonlarının icra hakimiyyəti orqanları.
İcra müddəti: 2012-2015-ci illər.

3.5. Məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılması

Məhkəmə qərarlarının vaxtında və dürüst icra edilməsi şəxslərin ədalətli məhkəmə hüququnun tərkib hissəsini təşkil edir. Son illər görülmüş tədbirlər, o cümlədən qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsi nəticəsində bu sahədə mövcud olmuş bir sıra problemlərin aradan qaldırılması mümkün olmuşdur.
İcra orqanı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.
İcra müddəti: mütəmadi.

3.6. Hakimlərin və hakimliyə namizədlərin, hüquq mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi
İcra orqanı: Azərbaycan Respublikasının Ədliyyə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası.
İcra müddəti: mütəmadi.

3.7. İnsan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması
İcra orqanı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: mütəmadi.

3.8. Şəxslərin təqsirsizlik prezumpsiyasının təmin edilməsi məqsədilə hüquq mühafizə orqanlarının əməkdaşları, habelə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi
İcra orqanı: Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası.
İcra müddəti: 2012-2013-cü illər.

3.9. Azərbaycan Respublikasında vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması
İcra orqanı: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası.
İcra müddəti: 2012-2013-cü illər.

3.10. Seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsi
İcra orqanı: Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası.
İcra müddəti: mütəmadi.

Dördüncü Fəsil
İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri

4.1. “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işinin təşkil olunması
İcra orqanları: Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası.
İcra müddəti: 2012-ci il.

4.2. “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi

İcra orqanları: Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası.
İcra müddəti: 2012-ci il.

4.3. BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş «İnsan hüquqları sahəsində maarifləndirmə» və «İnsan hüquqları sahəsində təhsil», BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarının tədrisi üzrə Dünya Proqramına, YUNESKO-nun «Davamlı İnkişaf naminə təhsil» onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması
İcra orqanları: Azərbaycan Respublikasının Təhsil, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: mütəmadi.

4.4. Orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil, Ədliyyə nazirlikləri.
İcra müddəti: 2012-2015-ci illər.

4.5. Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadaların, müsabiqələrin, sərgilərin və digər tədbirlərin keçirilməsinin davam etdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm, Ədliyyə nazirlikləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

4.6. İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

4.7. Ali təhsil və elm ocaqlarında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: mütəmadi.

4.8. YUNESKO-nun «Təhsil hamı üçün» prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV / AİDS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərinhazırlanması
İcra orqanları: Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Müdafiə, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

4.9. İnsan hüquqları sahəsində təhsilin səmərəliliyinin artırılması və bu sahədə işin əlaqələndirilməsi məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin (insan hüquqları məktəbi, insan hüquqları evi və s.) və ya şəbəkələrinin yaradılması
İcra orqanları: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: 2012-ci il.

4.10. Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: 2012-2015-ci illər.

4.11. İnsan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun, eləcə də dini tolerantlığın gücləndirilməsi mövzularında ölkədaxili və beynəlxalq tədbirlərin (dəyirmi masa, seminar, konfrans və s.) davam etdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər, Ədliyyə, Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: 2012-2015-ci illər.

4.12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilməsi və müvafiq qurumlar arasında yayılması
İcra orqanları: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu.
İcra müddəti: mütəmadi.

4.13. İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi

İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası.

İcra müddəti: mütəmadi.

4.14. İnsan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Ədliyyə, Xarici İşlər, Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: mütəmadi.

4.15. Kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: 2012-2015-ci illər.

4.16. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi
İcra orqanları: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.
İcra müddəti: 2012-2015-ci illər.

4.17. İnsan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi

İcra orqanları: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.
İcra müddəti: 2012-2015-ci illər.

4.18. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə əhalinin maarifləndirilməsi üçün könüllülərin hazırlanması
İcra orqanı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi.
İcra müddəti: mütəmadi.

Beşinci Fəsil
İnsan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq

5.1. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təsisatları və beynəlxalq regional təşkilatlar ilə birgə layihələrin hazırlanması və həyata keçirilməsi
Azərbaycan Respublikasının BMT-nin müxtəlif təsisatları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESKO, Qaçqınlar üzrə Ali Komissarlıq, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, bu proqramların əhəmiyyətini təsdiq etmişdir. Belə proqramlar, həmçinin ölkədə aparılan islahatlar prosesində beynəlxalq təcrübənin nəzərə alınması, beynəlxalq mütəxəssislərin cəlb edilməsi üçün imkan yaradır.
İcra orqanları: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları.
İcra müddəti: mütəmadi.

5.2. 2012-2013-cü illər üçün Avropa Şurası ilə birgə Fəaliyyət Planının həyata keçirilməsi
1995-ci ildə başlamış Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığı məhkəmə-hüquq, korrupsiyaya qarşı mübarizə, gənclər siyasəti, vətəndaş cəmiyyətinin inkişafı və sair sahələrdə uğurla həyata keçirilir. Növbəti illər üçün nəzərdə tutulan Avropa Şurası ilə Fəaliyyət Planı çərçivəsində yuxarıdakı istiqamətlər üzrə əlavə tədbirlər həyata keçiriləcəkdir.
İcra orqanları: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Gənclər və İdman, Xarici İşlər nazirlikləri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: 2012-2013-cü illər.

5.3. BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün BMT-nin İnsan Hüquqları Şurası ilə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq, BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılmışdır.
İcra orqanları: Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: 2012-2015-ci illər

Altıncı Fəsil
Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi

6.1. Milli Fəaliyyət Proqramı üzrə icra orqanları nümayəndələrindən ibarət Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupu öz fəaliyyəti barədə müntəzəm surətdə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
6.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun təqdim etdiyi məlumatları təhlil edərək onun təkmilləşdirilməsinə dair təkliflər verir.
6.3. İşçi qrup Milli Fəaliyyət Proqramının təbliği və səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti, bələdiyyələr, məhkəmə, daxili işlər və prokurorluq orqanlarının, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, icmaların və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr, seminarlar, dəyirmi masalar, konfranslar, habelə televiziya və radio verilişləri təşkil edilir.
6.4. İnsan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə Milli Fəaliyyət Proqramı müntəzəm qaydada yeniləşdirilə bilər.

SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:33
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli...

02 dekabr 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:29
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının...

02 dekabr 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 02 dekabr 2024
14:27
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 dekabr 2024, 14:27
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:25
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

02 dekabr 2024, 14:25