BMT-nin Baş katibi Antonio Quterreş İlham Əliyevə telefonla zəng edib

22 iyul 2020, 20:40

İyulun 22-də BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

BMT-nin Baş katibi Antonio Quterreş, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib. BMT-nin Baş katibi, eyni zamanda, qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.

Prezident İlham Əliyev telefon zənginə və sərhəddə baş vermiş hadisələrlə bağlı şəxsən diqqət göstərdiyinə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı məlumat verib ki, Ermənistan tərəfi təkcə Azərbaycan hərbçilərini deyil, Azərbaycan kəndlərini də atəşə tutub və bunun nəticəsində hərbçilərimizlə yanaşı, 76 yaşlı mülki şəxs də həlak olub. Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Ermənistanın hücumunun qarşısı alınıb və hazırda vəziyyət nisbətən sabitləşib. Prezident İlham Əliyev vurğulayıb ki, toqquşmalar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verib və Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədləri yoxdur. Biz, sadəcə, öz ərazilərimizi və insanlarımızı qorumalıyıq və qoruyuruq.

Dövlətimizin başçısı BMT Baş katibinin bu fikri ilə razı olduğunu bildirib ki, status-kvo həmişəlik davam edə bilməz və qeyd edib ki, Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub. Lakin Ermənistan baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına salır.

Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur. Prezident İlham Əliyev bir daha BMT-nin Baş katibinə telefon zənginə və sərhəddə baş vermiş hadisələrə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

SƏNƏDLƏR Qanunlar 22 iyul 2026
14:26
“Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

22 iyul 2026, 14:26
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:24
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...

22 iyul 2026, 14:24
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:16
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:16
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:14
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:14