17 iyul 2020, 19:20

Nizami Qasımovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir dövlətin güclü və qüdrətli olması üçün onun uzaqgörən lideri olmalıdır. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasi addımları sayəsində bu gün müstəqil Azərbaycanımızın adı dünyanın ən qabaqcıl dövlətlərinin adları ilə bir cərgədə yazılır. Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı olaraq Siz bu gün bütün yüksək tribunalarda dövlətimizin maraqlarını qoruyursunuz. Biz də bir vətəndaş kimi Sizin qəbul etdiyiniz bütün qanunlara tabe olaraq, hər zaman Prezidentimizin və dövlətimizin yanındayıq.

Son günlər cəbhə bölgələrində sabitliyin pozulması nəticəsində xalqımızın igid oğulları şəhid oldu. Torpaq uğrunda ölən varsa, Vətəndir. Mənfur düşmənlərimiz olan ermənilər bir daha hiss etdilər ki, Azərbaycan xalqı müqəddəs torpaqlarının hər bir qarışı üçün canından keçməyə hazırdır. Bunu Aprel döyüşlərində də görmüşdülər, bu gün də gördülər. Allah bütün şəhidlərimizin ruhunu şad etsin.

Cənab Prezidentim, mən Sizin əmrinizi gözləyirəm. Torpaqlarımızın azad olunması uğrunda hər zaman döyüşə hazıram. Son damla qanıma qədər bu dövlətə, bu torpağa xidmət edəcəyimə and içirəm. Mən inanıram ki, Sizin uğurlu siyasətiniz sayəsində işğal altında qalan torpaqlarımız son qarışına qədər geri qaytarılacaq, hər bir kəndində üç rəngli, ay ulduzlu bayrağımız dalğalanacaq.

Dərin hörmətlə,

Nizami Qasımov

Azərbaycan Respublikası, Biləsuvar rayonu.