18:30
Hörmətli cənab Baş katib,
İslam Əməkdaşlıq Təşkilatının 2020-ci il 14 iyul tarixli bəyanatında Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələr nəticəsində həlak olan Azərbaycan vətəndaşları ilə bağlı göndərdiyiniz başsağlığına və Ermənistanın təcavüzkar siyasətinə verilən obyektiv qiymətə görə Sizə təşəkkür edirəm.
Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, qəfil hücum həyata keçirərək hərbçilərimizi, Tovuz rayonunun dinc sakinlərini qətlə yetirmiş və yaralamışlar. Ermənistan növbəti günlərdə də atəşkəs rejimini kobud şəkildə pozmuşdur. Azərbaycan ordusunun əks həmlələri və cavab atəşi nəticəsində təxribatın qarşısı qətiyyətlə alınmış və bundan sonra da alınacaqdır.
Bu hadisələr bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin ikiüzlü, ölkənin isə təcavüzkar olduğunu nümayiş etdirdi. Bu gün hərbçilərlə yanaşı uşaq, qadın və yaşlı insanların hədəf seçilərək öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan rəhbərliyində təmsil olunduğunu nümayiş etdirdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan bu günədək İslam Əməkdaşlıq Təşkilatı ali və yüksək səviyyələrdə Ermənistanın işğalçı siyasətini, regional sülhə və sabitliyə törətdiyi təhlükəni pisləyən bir çox qətnamələr qəbul etmişdir. Azərbaycanın haqlı mövqeyi İƏT-ə üzv ölkələr tərəfindən hər zaman dəstəklənmişdir.
Münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı İƏT-in daim ədalətli mövqeyini bir daha alqışlayırıq.
Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2020-ci il.
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00