Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Arif Alviyə

15 iyul 2020, 21:15

Hörmətli cənab Prezident,

İlk öncə Sizə səmimi salamlarımı yetirir, Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələrə verdiyiniz obyektiv qiymətə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, hərbi təxribata əl atmışdır. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan ordusunun hərbçiləri həlak olmuş və yaralanmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist və təcavüzkar siyasətindən əl çəkməmiş, ölkəmizin hərbi və mülki obyektlərinin bombalanması əmrini vermişdir.

Bu hadisələr adi sərhəd toqquşması kimi deyil, Ermənistanın işğalçı siyasətinin davamı olaraq qəbul edilməlidir. 30 ilə yaxın müddətdir ki, Azərbaycanın 20 faiz torpağı - Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon erməni işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Təsadüfi deyil ki, 1992-ci ildə Xocalıda törətdikləri soyqırımına görə cəzasız qalan bu şəxslər bu gün yenə də mülki əhalini, uşaq, qadın və qocaları hədəfə alaraq qətlə yetirir. Son hadisələrdə hərbçilərimizdən başqa sıravi mülki vətəndaşlarımız arasında həlak olan və yaralananların olması bunun əyani sübutudur.

Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər. Azərbaycanın hərbi qüdrəti, qəhrəman övladlarımızın qətiyyəti və şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı alınmış və bundan sonra da alınacaqdır.

Qardaş Pakistanın ölkəmizin haqq işində daim göstərdiyi həmrəyliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, qardaş Pakistan İslam Respublikasına daim firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2020-ci il.

SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00