02 iyul 2020, 11:45

Nəcəf İsgəndərovdan, Laçın, Azərbaycan

Hörmətli Mehriban xanım.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevə Allah rəhmət eləsin. Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb.

Hörmətli Mehriban xanım, ölkəmizdə koronavirusa qarşı ciddi mübarizə aparıldığı bir dövrdə Siz imkansız ailələrə yardım göstərirsiniz. Sizin təşəbbüsünüzlə aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımı edilir. Bu çətin dövrdə xalqın yanında olduğunuza, bizə diqqətinizi və qayğınızı əsirgəmədiyinizə görə bir gənc olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

İsgəndərov Nəcəf Namiq oğlu

Azərbaycan Respublikası, Laçın rayonu.