01 iyul 2020, 18:00

Cəmil Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Azərbaycanın Əməkdar Artisti Bəhram Bağırzadə mənim üçün çox əziz və doğma insandır. Vaxtilə ADMİU-da mən bir neçə il ərzində ona rejissor sənətindən dərs demişəm. Tələbəlik illərindən Bəhram özünü çox istedadlı və özünəməxsus dəsti-xətti ilə seçilən yaradıcı gənc kimi göstərirdi. Bu gün Bəhram sənətkar olmaqla yanaşı, hamının sevimlisi və əzizidir. Son günlərdə Bəhramın səhhətində yaranmış ciddi problemlər bizi həyəcanlandırır və sarsıdır. Lakin, yaranmış çətin vəziyyətdə Siz Bəhrama qayğı göstərərək bütün qüvvələri onun müalicəsinə səfərbər etdiniz.

Hörmətli Mehriban xanım, Bəhram Bağırzadənin müalicəsində göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. Ulu Tanrı xəstəliklə mübarizə aparan həkimlərə kömək olsun və bu xəstəlikdən əziyyət çəkənlərə şəfa versin. Mən inanıram ki, Bəhram xəstəliyə qalib gələcək və yeni-yeni layihələrlə bizi sevindirəcək.

Dərin hörmət və ehtiramla,

Cəmil Elşad oğlu Quliyev

Kinorejissor

Azərbaycan Respublikası, Bakı şəhəri.