Küveyt Dövlətinin Baş Naziri Sabah Xalid əl-Həməd əl-Sabahdan

22 iyun 2020, 16:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyur, Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edirəm.

Dərin hörmətlə,

Sabah Xalid əl-Həməd əl-Sabah

Küveyt Dövlətinin Baş Naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55