Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

18 iyun 2020, 15:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə tatarıstanlıların və şəxsən mənim ən səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan dövlətinin bütün vətəndaşlarına əsl bayram əhval-ruhiyyəsi, nikbinlik, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirik.

Qoy Azərbaycan xalqının birliyi, ruh yüksəkliyi, əməksevərliyi Sizin gözəl ölkənizin sabitliyinin və gələcəyə inamının, bu gün planetimizdə yaranmış mürəkkəb vəziyyətin uğurla nizamlanmasının rəhni olsun.

Əminəm ki, bu gün qlobal çağırışlar qarşısında dünyanın bütün xalqlarının səylərini birləşdirmək xüsusilə vacibdir və ümidvaram ki, biz bundan sonra da Rusiya-Azərbaycan strateji münasibətlərinin dərinləşməsi, bütövlükdə beynəlxalq sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə Tatarıstan ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığın inkişafı üçün birlikdə fəal səy göstərəcəyik.

Dərin hörmətlə,

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti.

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20