Sloveniya Respublikasının Prezidenti Borut Pahordan

11 iyun 2020, 16:02

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin hərtərəfli inkişafı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

İcazə verin, dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin dönəmdə Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildirim. Pandemiyaya qarşı apardığımız birgə mübarizə beynəlxalq arenada əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini bir daha təsdiq edir.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı maraqlarımız naminə dostluq mühitində gələcəkdə də inkişaf edəcək, regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və anlaşmanın möhkəmlənməsinə töhfə verəcəkdir.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Borut Pahor

Sloveniya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55