İlham Əliyev Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak etmişdir

23 dekabr 2011, 21:50
İlham Əliyev Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev dekabrın 23-də Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak etmişdir.

Dövlətimizi başçısı yolun açılışında iştirak etmək üçün Ələt qəsəbəsinə gəldi.

Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi ölkənin yol-nəqliyyat strukturunda da əsaslı dəyişikliklərə səbəb olub. Çox qısa müddət ərzində respublikanın bütün beynəlxalq əhəmiyyətli magistralları tamamilə yenidən qurulub və genişləndirilib. İndi həmin yollarda hərəkətin tənzimlənməsi üçün tədbirlər davam etdirilir. Bakını respublikanın cənub və qərb bölgələri ilə birləşdirən magistral yol Ələt qəsəbəsində 2 yerə ayrılaraq biri İran İslam Respublikası sərhədinə, digəri isə Gürcüstan sərhədinə istiqamət götürür. Nəqliyyatın buradakı intensivliyi yolların ayrıcında və birləşməsində gərginlik yaradırdı. Bu problemin aradan qaldırılması ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən 2009-cu ilin noyabrında Ələt-Astara yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yeni yolun və 2 yol qovşağının tikintisinə başlandı. Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərinşaatservis” Məhdud Məsuliyyətli cəmiyyət 2 il müddətində inşaat işlərini başa çatdırmışdır.

Yolun layihə-smeta sənədləri ilə tanışlıq zamanı nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, ümumi uzunluğu 9 kilometr və 4 zolaqdan ibarət olan yol birinci dərəcəlidir. Burada 7 kilometr uzunluğunda köməkçi yol da çəkilibdir. Beynəlxalq əhəmiyyətli bu magistralda nəqliyyatın sıxlığı və ağır tonnajlı avtomobillərin hərəkəti nəzərə alınaraq layihədə bu yolun möhkəmliyinə və davamlılığına xüsusi diqqət yetirilib. Bildirildi ki, yolun Ələt qəsəbə mərkəzindən kənara çıxarılması bu yaşayış məntəqəsində də nəqliyyat vasitələrinin yaratdığı gərginliyi aradan qaldırır. Yol üzərində tikilmiş 2 qovşaq isə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin edir. Sonra Prezident İlham Əliyev yeni yolun açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev yeni salınmış dairəvi yola və yol qovşaqlarına baxdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20