Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəldən

23 dekabr 2011, 18:10

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2011-ci il dekabrın 24-də 50 yaşı tamam olur. Biz, ona möhkəm cansağlığı və xoşbəxtlik dolu uzun ömür diləyir, ad gününü təbrik edirik.

Qardaş Azərbaycan Respublikasının dəyərli Prezidenti səkkiz ildir bu vəzifəni yerinə yetirir. Müvəffəqiyyətlə yerinə yetirir. Biz, ona uğurlarla dolu daha neçə-neçə illər arzulayırıq.

Hörmətli İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən on il keçəndən, Böyük Lider, dövlətin qurucusu, mərhum Heydər Əliyev vəfat edəndən sonra Azərbaycan xalqı tərəfindən bu ali vəzifəyə ilk dəfə seçilmişdir. Beş il sonra keçirilən seçkilərdə də yenidən Azərbaycan Prezidenti seçilmişdir. Göründüyü kimi, çox mürəkkəb bir dövrdə çox çətin bir işi öhdəsinə götürmüş və bunu müvəffəqiyyətlə yerinə yetirmişdir. Uğurlarının təsdiqi bu gün Azərbaycanda gördüklərimizdir.

Azərbaycan çox mühüm inkişafa nail olmuşdur. Bir tərəfdən çoxpartiyalı siyasi sistem qurulmuş, digər tərəfdən, ölkə iqtisadi və sosial baxımdan sürətlə inkişaf etmişdir. On il ərzində Azərbaycanı iki dəfə görən insanlar inkişafın fərqindən heyrətlərini gizlətmirlər.

Vəzifə çətindir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünyada tərəddüdlər var idi. 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti unudulmamışdı.

Türkiyə Respublikasının Baş naziri olaraq 1992-ci ilin mayında Azərbaycan parlamentindəki nitqimdə ölkənin qarşısındakı çətinliklərə işarə etmişdim.

Bir transformasiya olacaqdı: kommunist rejimindən demokratik sistemə, marksist iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiləcəkdir. Dövlət yenidən qurulacaq, xalq yenidən təşkilatlanacaqdır. Bu çətin vəzifəni dəyərli dostum, Böyük Lider Heydər Əliyev cəsarətlə öz üzərinə götürmüşdü. Daha doğrusu, Azərbaycan xalqı onu təkidlə bu vəzifəyə dəvət etmişdi. Dövləti ayağa qaldırmaq, ölkədaxili məsələləri nizama salmaq, sistemi qurmaq, işlətmək və dünya ilə əlaqələri yaratmaq lazım idi. Bunları yerinə yetirmək vacib idi.

Ötən 20 il ərzində, on ili ataya, on ili oğula aid olmaqla göstərilən səylər nəticəsində bir çox çətinliklər aradan qaldırılmış, müharibə dayandırılmış, sülh danışıqlarına başlanılmış, qarşıya qoyulan məqsədə nail olunmuşdur. Bu, parlaq bir nailiyyətdir.

Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Avropadakı təşkilatların üzvüdür. Regionda əməkdaşlığa səy göstərməkdədir. Dünya ilə ticarət əlaqələri qurmuşdur. Təbii resurslarını dünya bazarlarına çatdırmaqdadır.

Azərbaycanın iş adamları artıq başqa ölkələrə də sərmayə qoymağa qadirdirlər. Dünyanın müxtəlif ölkələrindən sərmayədarlar Azərbaycanda iş görməkdədirlər. Azərbaycan qlobal rəqabətə açıq bir sistemdə fəaliyyətdədir. Daha doğrusu, müasir dünyaya inteqrasiya olunmuşdur. Adambaşına düşən 10 min dollar gəlir səviyyəsini keçmişdir. İnkişaf, abadlıq-quruculuq və inşaat işləri sürətlə davam etməkdədir.

Oktyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Humanitar Forum keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən görkəmli insanlar bu Forumda iştirak etmişlər. Azərbaycan mesajını bütün dünyaya çatdırmaq fürsəti əldə etmişdir. Bu Forumda iştirak etmək üçün Bakıda səfərdə olduğum müddətdə dəyərli dostum, qardaşım Heydər Əliyevin məzarını ziyarət etdim. Ruhuna dualar oxudum.

Dedim ki, “Əziz qardaşım, qalx bir gör, nələr olmuşdur? Gözəl Azərbaycanın etibarlı əllərdədir. İlham Əliyev vəzifəsini fəxr edəcəyin şəkildə yerinə yetirir. Rahat ol! Rahat uyu!”

Əlli yaşlı dəyərli Prezident İlham Əliyev möhtəşəm uğurlara imza atan, xalqının rifahı və xoşbəxtliyi üçün çalışan nüfuzlu bir liderdir. Ona bu gözəl ölkəyə və bu böyük millətə xidmət işində uğurlar arzulayıram.

Onun ən yaxın silahdaşı, hörmətli xanımı Mehriban Əliyevanın Prezidentin fəaliyyətini dəstəkləməsini yüksək qiymətləndirirəm.

Süleyman Dəmirəl
Türkiyə Respublikasının IX Prezidenti

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30
SƏNƏDLƏR Sərəncamlar 16 noyabr 2026
13:28
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...

16 noyabr 2026, 13:28
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:25
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...

16 noyabr 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:21
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...

16 noyabr 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
13:20
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Top...

16 noyabr 2026, 13:20
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05