İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldidən

30 may 2020, 17:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə İtaliya-Azərbaycan Ticarət Palatası adından Sizə və Birinci vitse-prezident Mehriban xanıma, ailənizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması müasir Azərbaycanın bu günədək davam edən ən ali dəyərlərini və prinsiplərini təşkil edən mühüm tolerantlıq və multikulturalizm nümunəsinin əsasını qoydu.

Biz rəsmi ikitərəfli biznes təşkilatı olaraq Azərbaycanın keçmiş və gələcək nailiyyətlərini təqdir etməkdən qürur duyuruq.

Eyni zamanda, biz Azərbaycan və İtaliya arasındakı dostluq münasibətlərində iştirakımızdan da məmnunuq. Keçən il fevralın 20-21-də Romaya uğurlu dövlət səfərinizin müsbət əks-sədaları hələ də yaddaşlardadır. Daha sonra gözlənilmədən meydana çıxan çətinliklər ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirmək üçün fürsət yaratdı. Azərbaycan xalqı tərəfindən İtaliyadakı vəziyyətlə bağlı narahatlıq və sevginin səmimi, geniş nümayişi bizim üçün çox önəmlidir və yüksək dəyərləndirilir.

Sizin müdrik rəhbərliyinizlə dövlətinizin beynəlxalq ticarətin təşkilinə və asanlaşdırılmasına dəstəyinə və töhfələrinə görə minnətdarıq. İnanıram ki, italyan və azərbaycanlı sahibkarlar arasındakı iqtisadi əlaqələr iki ölkənin mənafeyi naminə inkişaf etməkdə davam edəcək.

Möhtərəm cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə,

Manuela Traldi

İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55