Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelledən

26 may 2020, 21:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Dost və qardaş Azərbaycan xalqının milli bayramını qeyd etdiyi bu gündə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.

Mənimlə yanaşı Cibuti xalqı və hökuməti də ölkənizin milli bayramı münasibətilə qardaş Azərbaycan xalqına rəğbətini və dost münasibətini ifadə edir.

Səmimi qəlbdən ümid edirəm ki, Sizin liderliyinizlə başlanmış inkişaf layihələri ölkəniz və xalqınız üçün daha çox tərəqqi və rifah gətirəcəkdir.

Cibuti Respublikası bir çox ortaq dəyər və bənzərlikləri olan Azərbaycanla əlaqələrin, xüsusilə ticarət dövriyyəsinin səviyyəsini daha da artırmaq niyyətindədir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, Cibuti xalqı və hökuməti ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün hər zaman lazımi kömək göstərməyə hazırdır.

Sizə və bütün xalqınıza bir daha ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm ən səmimi təbriklərimi qəbul edin.

Hörmətlə,

İsmail Ömər Qelle

Cibuti Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55