Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkməndən

24 may 2020, 19:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimizi çatdırırıq.

Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlərin tarixinin 100 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxmasına baxmayaraq, əlaqələr ölkəniz müstəqilliyini bərpa etdikdən sonra daha da inkişaf etdi və möhkəmləndi. Ölkələrimiz arasında münasibətlər səmimi dostluğa, qarşılıqlı inam və etimada əsaslanan möhkəm təməl üzərində qurulub. Əminik ki, Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələr gələcək illərdə daha da inkişaf edəcəkdir.

Ümid edirik ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tezliklə bərpa edəcəkdir. İcazə verin, həmçinin COVID-19-a qarşı mübarizə apardığı bu çətin vaxtlarda Azərbaycanla həmrəyliyimizi ifadə edək.

Zati-aliləri, xahiş edirik Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının davamlı inkişafı üçün bütün səylərinizdə böyük uğurlar arzularımızı qəbul edin.

Hörmətlə,

Bob Bləkmən

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü,

Azərbaycanla dostluq qrupunun sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55