TÜRKSOY-un Baş Katibi Düsen Kaseinovdan

22 may 2020, 19:28

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a göstərdiyi qayğını və dəstəyi, ortaq türk mədəniyyətinin inkişafında və təbliğ olunmasında rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY təşkilatı ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə davam etdiriləcək və TÜRKSOY çərçivəsində həyata keçiriləcək beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyəti, incəsənəti layiqincə təmsil olunacaqdır.

Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramınızı təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramla,

Düsen Kaseinov

TÜRKSOY-un Baş Katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55