İlham Əliyev yeni gətirilmiş hərbi helikopterlərə baxış keçirmişdir

22 dekabr 2011, 20:00
İlham Əliyev yeni gətirilmiş hərbi helikopterlərə baxış keçirmişdir

Prezident İlham Əliyev yeni gətirilmiş hərbi helikopterlərə baxış keçirmişdir.

Dövlət başçısı yeni gətirilmiş hərbi helikopterlərlə yaxından tanış olmaq üçün hava limanına gəldi. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi helikopterlər barədə məruzə etdi. O bildirdi ki, Mi-35m tipli döyüş helikopterləri hazırda dünyada mövcud olan ən müasir helikopterlərdən hesab olunur və hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir. Bu tipli helikopterlər yüksək uçuş imkanlarına malikdir.

Hərbi helikopterlərin ən müasir silahlarla təchiz olunduğu qeyd edildi. Bildirildi ki, bu silahlar hədəfi dəqiq zərərsizləşdirmək qabiliyyətinə malikdir. Helikopterlərin heyəti pilot komandirindən və operatordan ibarətdir. Zərurət yaranarsa, 10 nəfərədək desant əməliyyatların həyata keçirilməsinə cəlb oluna bilər. Helikopterlər S-8 və S-13 idarəolunmayan raket kompleksləri, QŞ-23 qoşalüləli pulemyot və “şturm” və “ataka” tipli idarə olunan raketlərlə təchiz edilib. Helikopterlərdə hazırda dünyada mövcud olan ən müasir avionika quraşdırılıbdır ki, bunun köməyi ilə istənilən hava şəraitində 360 dərəcə altında bütün hədəfləri müşahidə etmək və zərərsizləşdirmək mümkündür.

Dövlət başçısı helikopterin texniki göstəriciləri ilə yaxından tanış oldu. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20