Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən

21 may 2020, 16:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına ürəkdən gələn rifah və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm.

Mən bu əlamətdar gündə Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin inkişafını davam etdirmək niyyətini bir daha təsdiqləyirəm.

Xalqlarımızın dostluq əlaqələri ölkələrimiz arasındakı əməkdaşlığın təməl hissəsidir. Mən qəti əminəm ki, bizim əməkdaşlığımız inkişaf tempi ilə davam edəcəkdir və bu gün rastlaşdığımız qlobal pandemiya şəraitinin ortaya çıxardığı çətinliklərin öhdəsindən gəlməkdə əsas olacaqdır.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin.

Rumen Radev

Bolqarıstan Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55