Polşa Respublikasının Prezidenti Andjey Dudadan

21 may 2020, 14:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına öz adımdan və Polşa xalqı adından ən xoş təbriklərimi və arzularımı çatdırıram.

Ortaq qəhrəmanlarımız general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə toxunaraq, ölkələrimizin və cəmiyyətlərimizin iqtisadi və sosial inkişafı üçün üzərimizə xüsusi bir məsuliyyət qoyan müasir çağırışları xatırlamalıyıq. Ümid edirəm və tam əminəm ki, ölkələrimizin iqtisadi inkişafı həm ikitərəfli, həm də beynəlxalq səviyyədə bu hədəflərə çatmağa xüsusilə kömək edəcəkdir.

Sizə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsində, hərtərəfli inkişafında və bölgədə, eləcə də Avropa İttifaqı ilə güclü beynəlxalq münasibətlərin qurulmasında davamlı uğurlar diləyirəm.

Hörmətlə,

Andjey Duda

Polşa Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55