İlham Əliyev Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati ilə görüşmüşdür

21 dekabr 2011, 19:45
İlham Əliyev Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati ilə görüşmüşdür

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 21-də Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati ilə görüşmüşlər.

Dövlət başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin geniş sahələri əhatə etdiyini bildirdi. Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev fransalı nazirlərin və iş adamlarının da mütəmadi olaraq ölkəmizə səfərlər etdiklərini vurğuladı. İqtisadi sahədə əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın ilk telekommunikasiya peykinin Fransa şirkəti tərəfindən səmaya qaldırılacağını qeyd edərək Fransa şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiklərini dedi. Mədəniyyət sahəsində də əməkdaşlığın son vaxtlar sürətlə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan Heydər Əliyev Fondunun Parisdə keçirdiyi tədbirlərin önəmini vurğuladı. Bir neçə ildən sonra Bakıda fransız məktəbinin fəaliyyət göstərəcəyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında bütün sahələrdə yaxşı nəticələr əldə olunduğunu dedi.

Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə Parisdə keçirdiyi görüşü məmnunluqla xatırladı. Azərbaycan mədəniyyət günlərinin Parisdə böyük uğurla keçirildiyini vurğulayan xanım Rəşidə Dati mədəniyyətimizin təbliği baxımından tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55