İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasyeni qəbul etmişdir

19 dekabr 2011, 17:10
İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasyeni qəbul etmişdir

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasyeni qəbul etmişdir.

Dövlət başçısı Bernar Fasyenin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesində fəal işinə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Bernar Fasye onun fəaliyyətinə verdiyi qiymətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. 

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20