İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur

03 dekabr 2011, 14:00
İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuş, mövcud aerovağzal binasının fasadında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxmış, yeni gətirilmiş EVROCOPTER EC-135 tipli helikopterlərə baxış keçirmişdir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, yeni aerovağzal kompleksi layihəsinin həyata keçirilməsi sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəldəcək, təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartları səviyyəsinə qaldıracaqdır. Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzal binasının fasadında da əsaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı burada həyata keçirilən yenidənqurma işləri ilə də tanış oldu. Bildirildi ki, mövcud binanın fasadı ən müasir standartlara cavab verən üzlüklərlə yenidən qurulacaqdır. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin və mövcud binada görülən bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verdi.

Sonra dövlətimizin başçısı yeni gətirilmiş EVROCOPTER EC-135 tipli təcili yardım helikopterlərinə baxış keçirdi. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov helikopterlərin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, fövqəladə hallar şəraitində xilasetmə əməliyyatları zamanı istifadə olunacaq yeni helikopterlər ən müasir təcili tibbi yardım avadanlığı ilə təchiz olunub. İstənilən coğrafi şəraitdə qalxıb-enməyi asanlıqla həyata keçirən bu helikopterlər xüsusi ilə də dənizə enmə imkanlarına da malikdir. Dənizdə baş verə biləcək hər hansı fövqəladə vəziyyət zamanı bu helikopterlər asanlıqla suya enərək, lazımi təcili tibbi yardım və xilasetmə tədbirlərini həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev təcili yardım helikopterləri ilə yaxından tanış oldu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30