İlham Əliyev Portuqaliyanın Azərbaycandakı səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmişdir

01 dekabr 2011, 17:00
İlham Əliyev Portuqaliyanın Azərbaycandakı səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Portuqaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmişdir.

Səfir Luisa Bastos de Almeida fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Luisa Bastos de Almeida etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edən xanım Luisa Bastos de Almeida ölkəmizə gələrkən özü ilə iş adamlarından ibarət nümayəndə heyətini də gətirdiyini dedi.

Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinin zəruriliyini bildirdi. Prezident İlham Əliyev xanım Luisa Bastos de Almeidanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin genişlənəcəyinə əminliyini ifadə etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 03 iyun 2025
17:23
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

03 iyun 2025, 17:23
SƏNƏDLƏR Qanunlar 03 iyun 2025
17:21
“Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Monreal şəhərində...

03 iyun 2025, 17:21