Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında İlham Əliyevin nitqi

16 noyabr 2011, 16:40
Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında İlham Əliyevin nitqi

-Xoş gördük, çox gözəl parkdır. Keçən dəfə Oğuzda olarkən parkın layihəsi ilə tanış olmuşdum. İndi isə park artıq hazırdır, gözəl şərait yaradılıb, Oğuza gözəllik verir. Ümumiyyətlə, rayonun bu hissəsi son illər ərzində böyük dərəcədə abadlaşıbdır. Yadınızdadır ki, burada bir dənə də olsun bina yox idi. Birinci xəstəxana, sonra Olimpiya İdman Kompleksi, ondan sonra park tikildi. Beləliklə, Oğuzun giriş hissəsi böyük dərəcədə dəyişdi, abadlaşdı, gözəlləşdi. Bu, çox sevindirici haldır. Hər bir bölgədə olduğu kimi, Oğuzda da inkişaf var və bütün məsələlər öz həllini tapır. Həm sosial məsələlər, həm iqtisadi məsələlər.

Bu gün parkın açılışı ilə bərabər, burada tikilmiş böyük sənaye müəssisəsinin açılışını da qeyd edəcəyik. Bu müəssisə də, deyə bilərəm ki, nəinki Azərbaycanda, bütün bölgədə yeganə qlükoza zavodudur. Bu zavodun fəaliyyətə başlaması, əlbəttə, iş yerlərinin açılmasına xidmət göstərəcək və eyni zamanda, kənd təsərrüfatının inkişafına da təkan verəcəkdir.

Çünki bu zavodun xammalı kənd təsərrüfatı məhsullarıdır. Bütövlükdə Oğuz rayonunun gələcəkdə inkişafı kənd təsərrüfatı və turizmin inkişafı ilə bağlı olacaqdır. Bizim siyasətimiz bundan ibarətdir.

Turizmə gəldikdə, artıq ilkin addımlar atılmaqdadır. Keçən dəfə burada olarkən yeni otelin açılışını qeyd etmişik. İndi otel işləyir. Turistlərin sayı artmalıdır. Həm daxili turizm inkişaf etməlidir, həm xaricdən turistlər daha da çox gəlməlidirlər.

Bunu etmək üçün imkanlar vardır. Dünən Dünya Turizm Təşkilatının baş direktoru Bakıda idi. Biz onunla görüşdük və Azərbaycanın turizm potensialı dünyada artıq böyük diqqətlə qeyd edilir. Əlbəttə, müxtəlif bölgələrdə müxtəlif turizm imkanlarımız vardır. Amma bu bölgənin özünə xas olan gözəl imkanları, təbiəti, havası, iqlimi var ki, bax biz bu nemətlərdən istifadə etməliyik. Mən ümid edirəm ki, gələcək illərdə Oğuz Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcəkdir. İndi bütün bu zonada abadlıq, quruculuq, infrastruktur layihələri icra edilir, yol çəkilir. Bakıdan Oğuza çəkilən yol, - demək olar ki, onun böyük hissəsi indi hazırdır, - Balakənə qədər davam edəcəkdir. Yol olan yerdə inkişaf da olur.

Qəbələdə Beynəlxalq aeroportun açılışı gözlənilir. Bu da başqa ölkələrdən bu bölgəyə turistlərin birbaşa gəlişi üçün şərait yaradacaqdır, dəmir yolu işləyir. Yəni, bildiyiniz kimi, Oğuz rayonu əhali nöqteyi-nəzərdən böyük rayon deyildir. Ancaq potensialı kifayət qədər böyükdür. Biz rayonun potensialından maksimum dərəcədə istifadə etməliyik.

Sosial məsələlərin həllinə gəldikdə, bir neçə il bundan əvvəl gözəl xəstəxana tikilmişdir. İndi mən maraqlanıram, işləyir, gözəl xidmət göstərir. İdmanla məşğul olmaq üçün yüksək səviyyədə imkanlar vardır. Məktəblər tikilir və bu proses hələ davam etdirilməlidir. Bir neçə il bundan sonra da məktəb tikintisi ilə ciddi məşğul olacağıq. Çünki hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Düzdür, onların sayı azalır, ancaq var, olmamalıdır və olmayacaqdır.

Digər sosial məsələlərin həlli ilə bağlı bütün bölgələrdə, o cümlədən burada da işlər görülür, qazlaşdırma gedir. Qazlaşdırma hələ ki, istədiyimiz səviyyədə deyildir. Mənə verilən arayışa görə, Oğuzda bu, təqribən 35 faiz səviyyəsindədir. Ancaq qarşıya məqsəd qoyulub ki, biz bu səviyyəni maksimum dərəcəyə, təqribən 90 faizə çatdırmalıyıq. Buna görə də növbəti iki il ərzində Oğuz rayonunun qazlaşdırılma ilə bağlı bütün əsas problemləri öz həllini tapmalıdır.

İçməli su-kanalizasiya layihələri icra edilir. Yəqin ki, bu layihə də haradasa 1-2 il çəkə bilər. Ondan sonra içməli su ilə bağlı heç bir problem qalmayacaqdır. Kənd yollarının tikintisi də gündəlikdədir, körpülər tikilir. Yəni, hərtərəfli inkişaf olmalıdır və vardır. Həm burada, həm bütün başqa bölgələrdə. Hər bir bölgənin öz xüsusiyyətləri, öz təbii şəraiti, sənaye imkanları vardır. Bildiyiniz kimi, hər bir bölgə üçün xüsusi proqram hazırlanıb və icra edilir. Rayonların inkişafı üçün vaxtaşırı əlavə vəsait ayrılır. Oğuz rayonuna da son üç il ərzində vəsait ayrılmışdır, yenə də ayrılacaq ki, burada bütün abadlıq-quruculuq işləri daha da sürətlə getsin.

Mən birinci dəfə deyil ki, Oğuzdayam. Bu, mənim Prezident kimi Oğuza dördüncü səfərimdir. Əlbəttə ki, mənim Oğuza olan diqqətim buraya etdiyim səfərlərlə ölçülmür. Ancaq yenə də deyirəm, mən bütün bölgələrdə olarkən vəziyyətlə tanış oluram və görürəm ki, biz əlavə nə etməliyik, daha hansı addımlar atılmalıdır və vaxtilə atılmış addımlar və açdığımız müəssisələr, binalar, obyektlər necə işləyir. Bu, həm nəzarətdir, həm də gələcək üçün atılacaq addımların, necə deyərlər, hazırlanma mexanizmidir.

Sizi bir daha salamlayıram. Bizim görüşlərimiz hələ bundan sonra çox olacaqdır. Bütün oğuzlulara uğurlar arzulayıram.

Sağ olun.

X X X

İyirmi illik dövr hər bir dövlət üçün bir mərhələdir. Azərbaycan da başqa müttəfiq respublikalar kimi 20 il bundan əvvəl müstəqilliyə qovuşdu. Əlbəttə, bu 20 il ərzində görülən işlər bir də onu göstərir ki, biz tarixi imkandan, tarixi şansdan çox böyük uğurla, böyük məharətlə istifadə etdik. Xalqımız əsrlər boyu müstəqillik arzuları ilə yaşamışdır. Ancaq müstəqil dövlət deyildik. İyirmi il ərzində bütün dünyaya sübut etdik ki, müstəqil dövlət kimi yaşaya, inkişaf edə və dünyada böyük hörmətə layiq ola bilərik.

Ölkə daxilində gedən proseslər göz qabağındadır. Hər bir bölgədə, o cümlədən bu bölgədə, bu rayonda görülən işlər də göz qabağındadır. Bu inkişaf hər bir bölgədə özünü büruzə verir. Daxili siyasətin əsas mahiyyəti və məqsədi ondan ibarətdir ki, ölkə vətəndaşları daha da yaxşı yaşasınlar, daha da yaxşı şərait yaradılsın. Sosial məsələlər daha da uğurla həll olunsun. Əmək haqları, pensiyalar artsın. Şəhərlər gözəlləşsin və müasir tələblərə cavab versin. İndi Azərbaycanda bunu görməmək mümkün deyildir.

O ki qaldı xarici siyasətə, bu sahədə əldə edilən uğurlar da hansısa bir nəticə ilə özünü göstərməlidir. Biz dəfələrlə demişik, mən bir daha demək istəyirəm və həyat da dediklərimi bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti daxili siyasətin davamıdır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin etmək üçün aparılır. Bu siyasət müstəqil siyasətdir. Biz sübut edə bilmişik ki, müstəqil dövlət kimi öz siyasətimizi aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, heç kimə qarşı deyildir. Bu siyasət ancaq əməkdaşlığı genişləndirmək, dostların sayını artırmaq, bir də demək istəyirəm ki, milli maraqlarımızı maksimum dərəcədə müdafiə etmək üçün aparılır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər dünya birliyinin Azərbaycana olan hörmətini və inamını göstərdi. 155 ölkə Azərbaycanı dəstəkləyib. Bu, böyük amildir. BMT-də 200-dən bir qədər az ölkə vardır və onların 155-i bizimlədir, bizə inanır. Özü də bilirsiniz ki, bu səsvermə o qədər də rahat getmirdi, rəqabət çox güclü idi. On yeddi turdan sonra Azərbaycan qələbə qazandı. Özü də birinci turdan sonuncu turlara qədər daim biz böyük fərqlə qabaqdaydıq. Bu, doğrudan da 20 ilin məntiqi nəticəsidir, yekunudur və görünən nəticəsidir.

Əslində nəticələr daha da çoxdur: bölgədə mövqeyimizin möhkəmlənməsi, tərəfdaşlarımızın sayının artması, Azərbaycanın çevik diplomatiya aparması məsələləri, - onlar mütəmadi qaydada aparılır. Yəni, bu qələbə bir günün qələbəsi deyildir. Bu qələbəni əldə etmək üçün biz illərlə işləmişik. Həm müttəfiqlərimizin sayını, həm də ölkəmizin imicini, imkanlarını artırmışıq və dünyaya müasir, güclü, öz ənənələrinə sadiq olan ölkə kimi təqdim edə bilmişik. Daxili potensialımız, ölkə daxilində mövcud olan sabitlik və vətəndaş birliyi bizi əlbəttə ki, beynəlxalq məsələlərdə daha da gücləndirir. Əgər daxildə hər hansı bir ciddi problem olsaydı, istər-istəməz bölgədəki mövqeyimiz də zəif ola bilərdi. Bizim bölgədəki mövqeyimizin əsas səbəbi daxili sabitlikdir və xalqla iqtidar arasındakı birlikdir. Bax, budur bugünkü Azərbaycanın reallıqları. İyirmi il böyük dövrdür. Bu dövr ərzində böyük yol keçmişik. Növbəti 20 il ərzində Azərbaycan dünya miqyasında inkişaf etmiş ölkələrin sırasında olmalıdır.

Növbəti illər üçün bizim artıq proqramlarımız hazırlanır. 2013-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Onun konsepsiyası indi hazırlanır. Bu məsələ ilə bağlı mənim bir çox fikirlərim, planlarım vardır. Əminəm ki, Azərbaycan bu illər ərzində necə inkişaf edib, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir.

Mən sizi bir daha salamlayıram, cansağlığı arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı bütün oğuzlulara çatdırasınız. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17