20 aprel 2020, 18:25

Vüsət Xəlilovdan, Füzuli, Azərbaycan

Əziz və möhtərəm Prezident.

Bu ağır və çətin günlərdə bizim, sadə vətəndaşların yanında olduğunuza, xüsusi karantin müddətində işsiz və aztəminatlı ailələrə aylıq 190 manat pul vəsaitinin ödənilməsinə görə cəbhə bölgəsində yaşayan bütün Füzuli rayon sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Bir daha əmin olduq ki, Sizi özümüzə lider seçməkdə yanılmamışıq. Siz Ümummilli Liderimiz kimi mürəkkəb vəziyyətlərdə böyük iradə nümayiş etdirməklə xalqı irəli aparmağa qadir rəhbərsiniz və bizim xatirəmizdə daim belə qalacaqsınız.

Allah yardımçınız olsun.

Hörmətlə,

Xəlilov Vüsət Şükürət oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu.