Şamil Əliyevdən, Ucar, Azərbaycan
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımızda səmərəli qabaqlayıcı tədbirlər görülmüşdür. Siz Azərbaycan vətəndaşlarının, eləcə də şəhid ailələrinin sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirsiniz. İnanırıq ki, Sizin müdrikliyiniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaqdır.
Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi dövlət başçımızla qürur duyuruq. Uca Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Şəhid ailəsinin üzvü Əliyev Şamil Fərman oğlu.
Azərbaycan Respublikası, Ucar rayonu, Boyat kəndi.