20 aprel 2020, 18:03

Şəfa Hacıyevadan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmiz koronovirus ilə bağlı aparılan mübarizədə zamanında verilmiş qərarlarınız sayəsində ən inkişaf etmiş dövlətlərlə bir pillədə durur. Bu dövlət rəhbərinin uzaqgörənliyinin nəticəsidir. Bizimlə bərabər ailəmizin, övladlarımızın rifahını düşündüyünüz üçün, bu çətin günlərdə virusun vurduğu ziyanları minimuma endirə bildiyiniz üçün Sizə ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm. Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Hər zaman dövlətimizin rifahı naminə atacağınız qərarlarınızda yanınızdayam.

Hörmətlə,

Hacıyeva Şəfa Hacıverdi qızı

Azərbaycan Respublikası, Şamaxı rayonu, Sabir qəsəbəsi.