20 aprel 2020, 17:55

İbrahim Şıxməmmədovdan, Balakən, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident. Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şıxməmmədov İbrahim Şıxməmməd oğlu

Azərbaycan Respublikası, Balakən rayonu, Qullar kəndi.