20 aprel 2020, 17:50
Nemət Əliyevdən, Şəki, Azərbaycan
Hörmətli Prezidentimiz.
Bütün dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizədə Respublikamızda Sizin rəhbərliyinizlə böyük işlər görülür. Biz hər gün televiziyada Sizin çıxışlarınızı diqqətlə dinləyirik. Sizin imzaladığınız qərarları hər gün eşidirik. Koronavirus xəstəliyi vaxtı kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərini qarşılamaq məqsədilə ehtiyat fondunuzdan ayırdığınız vəsaitlərə, sadə kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə sizə öz minnətdarlığımızı bildiririk. Sizə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edir, arxanızda olduğumuzu bilməyinizi istəyirik.
Hörmətlə,
Əliyev Nemət
Azərbaycan Respublikası, Şəki şəhəri, Qudula kəndi.