Zəminə Cəfərovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, İnşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcək, toy-büsatlar qurulacaqdır. Siz xalqın etimadını qazanmış Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm.
Hörmətlə,
Cəfərova Zəminə Xasay qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.