Mənsurə Cəbrayılovadan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən sadə bir Azərbaycan vətəndaşı, müəllim, mədəniyyət işçisi olaraq, Sizinlə qürur duyuram. Biz Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik. Dünyanı pis günə qoyan bu virusla mübarizədə və bütün işlərinizdə Sizə dualar edir və alqışlayırıq. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Dövlətimizin qabaqlayıcı tədbirləri və düşünülmüş siyasəti nəticəsində bu gözə görünməyən virus, İnşallah ölkəmizi tərk edəcəkdir. Mən və ailəm Uca Allaha dualar edirik ki, Allah Sizə, həkimlərimizə, ordumuza, bu mübarizədə əməyi olan hər bir şəxsə dayaq olsun. Amin.
Dəyərli Prezidentimiz, Biz Sizinlə güclüyük. Allah Sizə yar olsun.
Hörmətlə,
Cəbrayılova Mənsurə İsmayıl qızı
Azərbaycan Respublikası, Şəki şəhəri.