20 aprel 2020, 17:35

Mirhəbib Qasımzadədən, Gəncə, Azərbaycan

Əziz və hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı Sizin tərəfinizdən vaxtında verilən qərarlar, görülən işlər hamını, o cümlədən biz yaşlıları da sevindirir. Qayğınızı hər an hiss edirik.

Əməli tədbirlərin nəticəsidir ki, ölkəmiz bu bəlada az itkilər verir. Sizə və bu bəlaya qarşı mübarizə aparan hər bir kəsə təşəkkür edirəm.

Cənab Prezident, Gəncədə yaşayan təqaüdçülər adından Sizə bir daha minnətdarlıq bildirir, cansağlığı arzulayır və fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Qasımzadə Mirhəbib

Azərbaycan Respublikası, Gəncə şəhəri.