Əli Orucovdan, Kürdəmir, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bütün dünyada koronovirus pandemiyası hökm sürdüyü halda Siz xalqımızı bu bəladan uğurla qoruyursunuz. Hər bir vətəndaşın rifahını, sağlamlığını düşünərək həyata keçirdiyiniz tədbirlər hamı kimi, biz təhsil işçilərində də böyük qürur hissi yaradır. Siz “Biz birlikdə güclüyük!” çağırışı etməklə xalqımızı bir yumruq halında birləşdirməyə nail oldunuz. Sizin Azərbaycan xalqı üçün gördüyünüz işlər bəyənilir və yüksək qiymətləndirilir. Azərbaycan xalqı Sizinlə güclüdür.
Möhtərəm cənab Prezident, bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərara görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə,
Orucov Əli Ağış oğlu
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Ərşəli kəndi.