Möhübbət Məmmədov və başqalarından, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Bütün bəşəriyyət üçün həyatda qalmaq mübarizəsinə çevrilən koronavirus pandemiyası həm də dövlətlərin milli təhlükəsizlik məsələsinə çevrildi. Belə bir dövrdə Sizin atdığınız addımlar bütün dünya azərbaycanlıları tərəfindən alqışla, qürurla, səmimi duyğularla dəstəklənməkdədir.
Hörmətli cənab Prezident, sosial-iqtisadi və mədəni sahələrdəki qətiyyətli addımlarınız, aidiyyəti qurumlar qarşısında qoyduğunuz tələb və tapşırıqlar Sizin “məmurlar xalqa xidmət etməlidir” fikrinizin nə qədər real olduğunu göstərdi.
Bəzi inkişaf etmiş ölkələrdə qabaqlayıcı tədbirlərin gecikməsi ağır nəticələrə, böyük itkilərə səbəb oldu. Sizin ölkəmizin milli təhlükəsizliyini və insanların sağlamlığını əsas tutaraq vaxtında və doğru qərarlar qəbul etməyiniz bizləri qürurlandırdı. Sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Məmmədov Möhübbət
Şahbazov Ərşad
Hümbətov Ramazan, Laçın rayonundan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Abşeron rayonu.