İlham Əliyev NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir

24 noyabr 2011, 16:00
İlham Əliyev NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir

Prezident İlham Əliyev NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Hüseyn Diriöz ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi. Bakıda “Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə” mövzusunda beynəlxalq seminarın təşkil olunmasının əhəmiyyətli hadisə olduğunu qeyd edən Hüseyn Diriöz bu tədbiri Avratlantik məkanda ümumi təhlükəsizliyə töhfə kimi dəyərləndirdi. O, NATO ilə Azərbaycan arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Sərhədlərin təhlükəsizliyi ilə bağlı məsələlərin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev NATO ilə geniş əməkdaşlıq çərçivəsində Bakıda “Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə” mövzusunda beynəlxalq seminarın keçirilməsinin önəmini qeyd etdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20