11 aprel 2020, 11:30
Qabil Şabiyevdən, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən özəl sektorda çalışıram və gündəlik dolanışığımla bağlı heç bir çətinliyim yoxdur. Lakin koronavirus pandemiyasına görə çətinliklərlə üzləşən insanlara göstərilən qayğı məni duyğulandırdı. Ürəkdən gələn səmimi təşəkkürlərimi qəbul edin. Azərbaycanda aparılan son islahatlara görə Sizə də minnətdarlığımı bildirirəm.
Cənab Prezident, xalqımız Sizi sevir. Siz hər birimizə oğul, qardaş, atasınız. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Şabiyev Qabil Dadaş oğlu.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.