10 aprel 2020, 11:00

Ceyhun Əhmədovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yorulmaz fəaliyyətinizi, iştirak etdiyiniz tədbirləri, çıxışlarınızı izlədikcə əmin oluruq ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlərSizin diqqətinizin mərkəzindədir. Xüsusən əhalinin sağlamlığının təmin olunması məsələsinə daha diqqətlə yanaşırsınız.

Bu qayğılı günlərdə Azərbaycan xalqını düşündüyünüzə, onunla birlikdə olduğunuza görə Zati-alinizə təşəkkürümü bildirir, şəxsən öz adımdan və ailəmin adından Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Əhmədov Ceyhun Aqil oğlu, Zəngilan rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Abşeron rayonu.