İlham Əliyev Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul etmişdir

23 noyabr 2011, 14:50
İlham Əliyev Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul etmişdir

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul etmişdir.

Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture ölkəmizdə “BakuTel–2011” 17-сi Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının təşkilini yüksək qiymətləndirdi. İnformasiya təhlükəsizliyinin dünyada aktual məsələlərdən biri olduğunu vurğulayan Hamadun Ture bu sahədə Azərbaycanda görülən işlərdən məmnunluğunu bildirdi. Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini qeyd edən qonaq Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatının Afrika ölkələrinin yardım kampaniyasına qoşulmasının önəmini qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev neft-qaz sahəsi ilə yanaşı, informasiya və kommunikasiya texnologiyaları sektorunun dövlətin önəm verdiyi prioritet sahələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev enerji sahəsində olduğu kimi, Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları ilə bağlı regional layihələrdə iştirakı istiqamətində fəaliyyətini daha da artıracağını qeyd etdi.

Dövlət başçısı Beynəlxalq Telekommunikasiya Təşkilatının fəal üzvü kimi Azərbaycanın qurumun təklif etdiyi bütün layihələrdə uğurla iştirak edəcəyini dedi.

Görüşdə Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatı ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20