İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuradonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

23 noyabr 2011, 14:30
İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuradonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuradonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Mərkəzi Asiya ölkələrinin Əməkdaşlıq Proqramının 10-cu yubiley Nazirlər Konfransının Bakıda keçirilməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev qarşılıqlı regional əməkdaşlığın və tərəfdaşlıq əlaqələrinin önəmini qeyd etdi. Son illər Azərbaycanda genişmiqyaslı sosial və infrastruktur layihələrinin icrası istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan dövlətimizin başçısı elektrik enerjisinin istehsalı, xüsusilə alternativ və bərpa olunan enerji layihələrinin icrası, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması, yeni hava limanlarının tikintisi və dəniz nəqliyyatının inkişafı, Bakı şəhərində yeraltı nəqliyyat şəbəkəsinin genişləndirilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması istiqamətində həyata keçirilən proqramların əhəmiyyətini qeyd etdi.

Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kurado Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən abadlıq və quruculuq tədbirlərini yüksək qiymətləndirdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən sosial infrastruktur layihələrinin rəhbərlik etdiyi banka üzv ölkələrin inkişaf strategiyasına tamamilə uyğun olduğunu vurğuladı. Haruhiko Kurado Asiya İnkişaf Bankının ölkəmizdə həyata keçirilən bu layihələrdə daha yaxından iştirak etməkdə maraqlı olduğunu dedi. O, dünyada baş verən maliyyə böhranının Asiya ölkələrinə təsirinin azaldılması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Görüşdə Bankın ölkəmizdə həyata keçirdiyi layihələr müzakirə edildi, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20