19:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, filialda müxtəlif ölçülü 43 dəzgahda əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalçaların çeşniləri əsasında xalçaların istehsalına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal, ləvazimat və alətlərlə təmin edilib. Burada 150 toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Toxucular Tovuz şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris-kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.
Diqqətə çatdırıldı ki, filialın xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, dünya mədəniyyətində xüsusi yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümunəsidir. Azərbaycan xalq tətbiqi sənətinin bir qolu olan xalçaçılıq milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Əsrlərdən bəri müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə evlərin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət daşıyır.
Milli-mənəvi dəyərlərimizə həssas münasibət bəsləyən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində xalçaçılıq sənəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə bölgələrdə yaradılan xalçaçılıq müəssisələri bunun əyani sübutudur.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən...
03 may 2025, 16:20Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa...
03 may 2025, 11:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...
02 may 2025, 16:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Bayram oğlu Əliyev Azərbaycan...
01 may 2025, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin...
01 may 2025, 16:27PDF yükləyin
01 may 2025, 16:17PDF yükləyin
01 may 2025, 16:15Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...
01 may 2025, 16:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...
01 may 2025, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
30 aprel 2025, 16:53