İlham Əliyev Türkiyə parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

21 noyabr 2011, 16:10
İlham Əliyev Türkiyə parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyə Respublikasının Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisi üzvlərinin ilk rəsmi səfərlərinin məhz Azərbaycana etmələrinin önəmini vurğulayaraq bu ənənənin hökumət üzvləri ilə yanaşı, parlament üzvləri tərəfindən də davam etdirilməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Türkiyə Respublikasının Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı parlamentlərarası əlaqələrin gələcəkdə də yüksək səviyyədə olacağına ümidvar olduğunu bildirdi.

Volkan Bozkır Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin ilk xarici səfərinin Azərbaycana etməsinin onlar üçün mühüm bir vəzifə olduğunu dedi. O, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edən Volkan Bozkır dünyada və bölgədə ciddi problemlərin mövcud olduğu bir şəraitdə ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin önəmli hadisə olduğunu dedi.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə, Baş nazirə və Böyük Millət Məclisinin sədrinə çatdırmağı xahiş etdi. 

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20